Pleyeri seçin:

Qucaqdan-qucağa düşməyə öyrəncəli olan ermənilər yeni qucaqda | Qərbi Azərbaycan Xronikası

05 dekabr 2023 441 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Rusiya cəhənnəmlik olsun, bu ölkə haqqında heç nə eşitmək istəmirik” adlı süjet efirə gedib.

Verilişdə bir neçə gündür Ermənistanın yük maşınlarının Şimali Osetiya ilə Gürcüstan arasında sərhəd-buraxılış məntəqəsi olan “Lars”da saxlanmasına, məntəqədə qalan məhsullarla dolu yük maşınlarının geri Ermənistana qayıtmasına, bununla bağlı erməni jurnalistlərin hazırladığı reportajda son vaxtlar rəsmi İrəvanın Rusiyaya üz çevirməsi ilə bağlı fikirlərə yer verilir.

Erməni sürücülər bildiriblər ki, insanlar mallarını Ermənistandan aparır, amma rusiyalılar məhsulları geri qaytarırlar:

“Bu, siyasi oyundur, ruslar sadəcə olaraq ermənilərdən qisas almaq istəyirlər. Ermənistan hökuməti Rusiya ilə münasibətləri korlayıb. Neçə gündür məhsullarla dolu maşınlar “Lars” keçid məntəqəsində dayanır. Bütün mallar xarab olub. Bütün bunları Rusiya qəsdən edir. Bununla onlar Ermənistanı diz çökdürmək istəyirlər.

Onlar bizə başa salmaq istəyirlər ki, bizim müstəqil qərar vermək haqqımız yoxdur. Onlar özləri sanksiyalar altındadırlar, ona görə bizə də sanksiyalar tətbiq etmək istəyirlər. Tezliklə bu insanlar, sürücülər acından, soyuqdan öləcəklər. Ermənistanın özünə aid heç nəyi yoxdur. Qaz, elektrik enerjisi və çox şey Rusiyaya məxsusdur. Biz dözməliyik, başqa çıxış yolumuz yoxdur”.

Vurğulanıb ki, qucaqdan-qucağa gəzməyə öyrənən ermənilər növbəti dəfə Rusiyaya arxa çevirib, Qərbə qucaq açırlar:

“KTMT-nin yardım etməməsi bəhanədir. Elə Qərbin düzəltdiyi doqquz min kvadrat kilometrlik “Ararat Respublikası”nın ərazisini 29 min kvadrat kilometrə çatdıran, qərbi azərbaycanlıların öz tarixi Vətənindən qovulmasını bir neçə dəfə təşkil edən, ona havadarlıq edən Rusiya olub. İndi Rusiyanın sanksiyalarla üzləşdiyini görən ermənilər bəhanə tapıb, məşuqunu dəyişmək yolunu tutublar”.

Banner
Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
02 noyabr 2026 441 baxış
Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Siyasət
02 noyabr 2026 441 baxış
Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Siyasət
02 noyabr 2026 441 baxış
Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Siyasət
02 noyabr 2026 441 baxış
İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

Siyasət
02 noyabr 2026 441 baxış
Hörmüz boğazındakı sualtı kabellərə mümkün hücum Azərbaycana və dünyaya necə təsir edəcək?

Hörmüz boğazındakı sualtı kabellərə mümkün hücum Azərbaycana və dünyaya necə təsir edəcək?

Siyasət
01 noyabr 2026 441 baxış
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 441 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 441 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 441 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 441 baxış
Seçilmişlər
icon