"Azərbaycanlı qardaşlarımız hər cür dəstəyi göstərir" | Ərdoğandan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı danışıb.
O qeyd edib ki, hadisə barədə xəbər alınan kimi axtarış-xilasetmə işlərinə operativ şəkildə başlanılıb:
“Təyyarəmizin “qara qutu”su tapılıb və araşdırmalara başlanılıb. Şəhidlərimizdən 19-nun nəşi tapılıb, son şəhidimizin nəşinin tapılması üçün axtarış işləri davam etdirilir”.
Türkiyə lideri hadisədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı apardığını söyləyib:
“Bu müddət ərzində əvvəlcə Azərbaycan Prezidenti cənab İlham Əliyev, daha sonra isə Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı apardıq. Xalqımızla birlikdə azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı da dərin kədərə boğan bu faciəli hadisəni bütün aspektləri ilə araşdırırıq. Türkiyə ilə birlikdə Gürcüstan və Azərbaycanın bütün imkanları da qəhrəmanlarımız üçün səfərbər edilib”.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
