"Dəmir qübbə" niyə "error" verir? - HƏRBİ XRONİKA
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin “Hərbi xronika” rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda “Dəmir qübbə” hava hücumundan müdafiə sistemindən bəhs olunub.
Qeyd edilib ki, İsrailin özünə qarşı raket hücumları təhlükəsi qarşısında hazırlayıb illərlə təkmilləşdirdiyi hava hücumundan müdafiə sistemləri həmişə diqqət mərkəzində olub ki, onlardan biri də Azərbaycanda da yaxşı tanınan “Dəmir qübbə”dir.
Vurğulanıb ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni xuntası tərəfindən xüsusilə dinc əhali və mülki obyektlərə qarşı həyata keçirilən raket hücumları bu sistemə diqqəti daha da artırmışdı. Həmin vaxt onun müdafiə imkanları və gizli qabiliyyətləri barədə hər kəsdən bir şey eşitmək mümkün idi.
Bəs “Dəmir qübbə”, bəzən isə “Dəmir günbəz” adlandırılan bu sistem əslində hansı müdafiə potensialına malikdir? Bu məcazi günbəz insanların ona olan ümidlərini doğrulda bilirmi?
#İsrail teqi istifadə olunub
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
- Baş nazir ilk danışığını İtamar Ben-Qvir ilə aparıb
- İsraildə parlament seçkilərinə xarici müdaxilə ehtimalı yoxlanılır
- İsraildə və ABŞ-də seçkilər Qəzzaya təsir edəcək? - Baku TV
