"Laçın" postunda sərhədçilərimizin atəşə tutulduğu yerdən ən son görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Silahlı Qüvvələrinin Laçın sərhəd-keçid məntəqəsi yaxınlığındakı körpüdə Azərbaycan sərhədçilərini və Rusiya sülhməramlılarını atəşə tutduğu hadisənin tam videosu yayılıb.
Xatırladaq ki, hadisə 15 iyunda baş vermişdi. Belə ki, 15 İyun - Qurtuluş Günündə Laçın postu önündə Azərbaycan bayrağını qaldırmaq istəyən sərhədçilərimiz atəşə tutulmuşdu və nəticədə bir sərhədçimiz yaralanmışdı.
Bunun ardınca əraziyə Rusiya sülhməramlılar gəlmiş, Azərbaycan sərhədçiləri növbəti dəfə bayrağımızı qaldırmış, bu zaman isə sərhədçilərimizlə bərabər, Rusiya sülhməramlıları da atəşə tutulmuşdu.
Azərbaycan Ordusu cavab tədbirləri ilə sərhədçilərimizi atəşə tutan və sonradan asılan bayrağımızı dirəkdən vurub-salan erməni snayperləri məhv etmişdi.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
