"Palitra" hesabının fəaliyyəti ilə bağlı yeni detallar | Sosial şəbəkələrdə gizli təbliğat - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının dövlət qurumları barədə "Facebook" sosial şəbəkəsində əsassız paylaşımlar edən "Palitra" hesabı və ona bağlı "TikTok"da "palitranews1" adlı hesab Ermənistan vətəndaşlarına məxsusdur və qeydiyyat ünvanı kimi Ermənistan göstərilib.
"Report"un məluamtına görə, sözügedən hesab İrəvan şəhəri, Vazgen Sargsyan prospekti, ev 6 ünvanında yaşayan Edgar Gazaryan və Olga Smbatyan adlı şəxslərin istifadəsindədir.
Sosial şəbəkələrdə bu səhifələrin araşdırması onu göstərir ki, "Palitra" hesabında hər hansı bir müstəqil araşdırma əksini tapmayıb, yalnız Azərbaycanın dövlət siyasətini ləkələməyə yönələn müxtəlif paylaşımlar digər səhifələrdən kopyalanıb.
"Palitra" hesabında əksini tapan dezinformasiya xarakterli materialları dərc edən və Azərbaycana qarşı təbliğat aparan bloger və youtuberlərin fəaliyyəti araşdırılmalıdır. Bu təbəqənin arxasında Ermənistanın dayanması istisna deyil. Belə addımlar göstərir ki, Ermənistan sözdə sülhdən danışsa da, təəssüf ki, Azərbaycana qarşı yönələn əməliyyatlardan əl çəkməyib.
#Ermənistan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- İranın Ali Rəhbərinin müşaviri Ermənistanın TRIPP layihəsində iştirakına etiraz edib - Baku TV CANLI
- Qovulan azərbaycanlıların kəndindən qalan məscid | Xələcdə üzə çıxan tarixi tapıntı - Baku TV
- Tarixi sənədlərdə Xələc kəndi ilə bağlı hansı məlumatlar yer alır? - Baku TV
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
