"Politico" jurnalının Azərbaycan haqqındakı yalan məlumatları ifşa edildi
“Politico”nun Avropa bürosu Azərbaycandan üzr istəmək və saxta məlumatları əks etdirən məqaləsini təkzib etmək əvəzinə Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edir.
Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev “X” səhifəsində yazıb.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri bildirib ki, “Politico”nun məqaləsində Azərbaycan mediasına istinadən ölkəmizin bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal etdiyi bildirilib.
“Lakin qeyd olunan məsələ idxal deyil, mübadilə əməliyyatıdır. Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu, normaldır. Təəssüf edirəm ki, məqalədə mübadilə və idxal arasında fərq qoyulmur ”, – deyə Hikmət Hacıyev vurğulayıb.
Prezidentin köməkçisi Avropa Komissiyasının enerji məsələləri üzrə sözçüsü Tim Makfinin “Avropa İttifaqı bazarlarını təmin edən Cənub Qaz Dəhlizi Azərbaycanın daha geniş təbii qaz sisteminə deyil, yalnız Azərbaycanın qaz yataqlarına bağlıdır” sözünü xatırladıb və bunun doğru olduğunu vurğulayıb.
“Aİ rəsmisinin bəyanatı doğrudur və biz bununla tam razıyıq. Azərbaycan 2024-cü ildə Rusiyadan qaz idxal etməyib. “Politico” orada olmadığını bilərək qaranlıq otaqda qara pişik axtarışındadır. Buna uyğun bir Azərbaycan atalar sözü var: “Yalançını evinə qədər qovmaq lazımdır”, – deyə Prezidentin köməkçisi qeyd edib.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Hikmət Hacıyev: "Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq"
- Hikmət Hacıyev: "Azərbaycan və Özbəkistan münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır"
- Hikmət Hacıyev: "Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır"
- “Özbək və Azərbaycan dillərinin kombinasiyasında danışaq” | Hikmət Hacıyev Özbəkistanda - Baku TV
- Hikmət Hacıyev “Haber Global”a mühüm açıqlamalar verdi - Baku TV
