"Qərbi Azərbaycana qayıdış" Türk Dünyası Sammiti Daşkənddə baş tutdu
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti baş tutub.
Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və “İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə keçirilib.
Mərasimdə işğaldan azad edilən ərazilərə qayıdışla yanaşı, əcdadlarımızın qədim torpaqları olan Qərbi Azərbaycana da geri dönüşün təmin edilməsi məqsədilə bilavasitə dövlət başçısı tərəfindən əməli addımlar atıldığı qeyd olunub.
İştirakçılar çıxışlarında Qərbi Azərbaycana qayıdışın təmin edilməsi istiqamətində mərkəzləşdirilmiş siyasət yürüdüldüyünü vurğulayıblar.
Tədbir daha sonra “Qərbi Azərbaycana qayıdışın Türk Dünyasına Yansıması” və “Böyük Qayıdış. Azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlmiş mövcud strategiya və mexanizmlər” mövzularında panel müzakirələri ilə davam edib. Sonda Sammitin yekunlarına dair bəyanat qəbul edilib.
#Özbəkistan teqi istifadə olunub
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- "Bu çıxışlardan çox təsirləndim..." | Özbəkistan beynəlxalq tədbirə ev sahibliyi edir - Baku TV
- Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- İlham Əliyev Özbəkistan Prezidentini qəbul edib - Baku TV
