Pleyeri seçin:

"Rusiya tərəfi dedi ki..." | Baş Prokuror Yekaterinburqdakı qətllər barədə nələri açıqladı?

22 iyul 2025 772 baxış

Azərbaycan Rusiyanın Yekaterinburq vilayətində iki həmyerlimizin işgəncə ilə öldürülməsinə dair faktları Rusiya İstintaq Komitəsinə təqdim edib.

Bunu Ankarada səfərdə olan Baş prokuror Kamran Əliyev "Report"un Türkiyə bürosunun sualını cavablandırarkən deyib.

Baş prokuror qeyd edib ki, Yekaterinburqda azərbaycanlılara qarşı baş verən işgəncə faktları ilə bağlı Rusiya İstintaq Komitəsi ayrıca araşdırma aparır.

"Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hadisələrlə bağlı cinayət işi başlayıb. Bilirsiniz ki, Rusiya tərəfi ‒ həm İstintaq Komitəsi, həm də Baş Prokurorluqla mütəmadi əlaqələr saxlayırıq.

Hərçənd, Rusiya tərəfi deyir ki, zərərçəkənlər öz ölkələrinin vətəndaşlarıdır, amma Azərbaycan ikili vətəndaşlığı tanımadığı üçün onlar bizim vətəndaşlardır. Ona görə biz onlarla bağı ekspertizalar keçirdik, təəssüf olsun ki, həmin şəxslərin işgəncələr, döyülmələr, ağır bədən xəsarətləri alınması nəticəsində həyatlarını itirdikləri müəyyən olundu.

Həmin şəxslərlə də bağlı biz istintaq hərəkətləri aparırıq və əldə olunmuş bütün sübutları Rusiya İstintaq Komitəsinə təqdim etmişik. Rusiya tərəfindən mənə deyilib ki, həmin zorakılıq faktları ilə bağlı İstintaq Komitəsi tərəfindən ayrıca araşdırma aparılır. Ümid edirik ki, bu məsələ ilə bağlı açılmış cinayət işinin nəticələri olacaq", ‒ deyə Kamran Əliyev vurğulayıb.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 772 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 772 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 772 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 772 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 772 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 772 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 772 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 772 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 772 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 772 baxış
Seçilmişlər
icon