"Siyasi meyitlər" xortlayır: Keçmişin kabusları geri qayıdır" - GLOBAL PANORAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.
Bu dəfə Ermənistanın daxilində baş verən siyasi çəkişmələrdən və revanşist ritorikadan bəhs olunub.
Bildirilib ki, müharibədən sonra Ermənistan cəmiyyətində qəribə paradoks yaranıb. Reallığı qəbul edənlər xəyanətkar, illüziyaları müdafiə edənlər isə vətənpərvər kimi təqdim olunur.
Vurğulanıb ki, Ermənistan müxalifəti təmsil olunduğu parlamentdə tez-tez gərginlik yaradır, bununla da ölkənin diplomatik mövqeyini zəiflədir, xarici siyasətdə manevr imkanlarını daraldır.
Əlavə olunub ki, Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Albaniyada baş tutan qısa görüşdən sonra rəsmi İrəvan sülhə dair mesajlarını sıralamağa başlayıb. N.Paşinyan bildirib ki, sülh sazişinin mətni üzrə danışıqlar artıq yekunlaşıb və sənəd imzalanmağa hazırdır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
