"Sülh prosesində irəliləyiş turizmin inkişafına töhfə verib" | Paşinyandan açıqlama - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan öz xarici siyasətində yeni istiqamətlərə addım atır.
Baş nazir Nikol Paşinyan bildirib ki, ölkə Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaqda maraqlıdır və Çinlə münasibətləri daha da dərinləşdirmək niyyətindədir.
“Azərbaycanla sülh prosesində irəliləyiş Ermənistanın investisiya cəlbediciliyinin artmasına və turizmin inkişafına töhfə verib. ABŞ-də sənədlərin imzalanmasından sonra ölkəyə investisiya marağı xeyli yüksəlib”, – deyə N.Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, Ermənistan Avropa İttifaqının iştirakı ilə, eləcə də TRIPP çərçivəsində həyata keçirilən infrastruktur layihələrinin reallaşdırılmasında maraqlıdır.
Onun sözlərinə görə, artıq Aİ-nin vəd etdiyi 2,6 milyard avrodan 500 milyon avro ayrılıb, TRIPP layihəsi də nəzərdə tutulan müddətdə reallaşacaq.
N.Paşinyan bildirib ki, Avropa Komissiyasının rəsmisi Marta Kosun Avropa İttifaqının Ermənistanın Gürcüstan və Türkiyə enerji şəbəkələrinə qoşulmasına dəstək verməyə hazır olmasına dair bəyanatı elektrik enerjisinin idxal və ixracı üzrə konkret proqramlarla bağlıdır.
Baş nazir əlavə edib ki, bu, ölkənin elektrik şəbəkələrinin idarəçiliyi məsələsinə təsir etmir.
Beləliklə, Ermənistan həm Şərq, həm də Qərb platformalarında fəallığını artırır. ŞƏT-ə marağın nümayiş etdirilməsi, Aİ-nin maliyyə dəstəyi və enerji layihələri fonunda ölkənin regional mövqeyində ciddi dəyişikliklər müşahidə olunur.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan razılıq əldə etməsə, növbədənkənar seçkiyə gedəcək? - Baku TV CANLI
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
