Pleyeri seçin:

"Telegram"dan əlinizi çəkin! | Markov Durovun həbsinə reaksiya bildirdi

26 avqust 2024 514 baxış

“Telegram” sosial şəbəkəsinin yaradıcısı, milyarder Pavel Durovun şəxsi təyyarəsini tərk edərkən Fransa kəşfiyyat xidməti tərəfindən saxlanılması gündəm olub.

Fransa kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, ölkə hakimiyyəti P.Durovun Kremllə qarşılıqlı əlaqəsini öyrənmək istəyir. Eyni zamanda rəsmi Paris milyarderdən onlarla əməkdaşlıq tələb edib.

İddia edilir ki, Rusiya rəsmiləri “Telegram”da rəsmi yazışmaların silinməsi barədə göstəriş alıblar.

Öz növbəsində amerikalı iş adamı İlon Mask məsələyə münasibət bildirib. O qeyd edib ki, “Instagram”da uşaq istismarı ilə bağlı böyük problem var, lakin Mark Zukerberq üçün həbs qərarı yoxdur, çünki o, hökumətlərə istifadəçi məlumatlarına arxa qapıdan giriş imkanı verir.

Məsələni Baku TV-yə şərh edən rusiyalı politoloq Sergey Markov isə bildirib ki, Pavel Durovun Fransada həbsi söz azadlığına ciddi zərbədir:

“Demokratiya və azadlığa düşmən olanlardan biri də Fransadır. Bu özünü Parisin kolonial, imperialist siyasətində də göstərir. Biz Pavel Durovun həbsinin əsas mahiyyətinin terrorizmlə mübarizə olmadığını yaxşı görürük.

Bu həbsin əsas mahiyyəti ABŞ-nin, Fransanın “Telegram” sosial şəbəkəsinə nəzarət mexanizmi tətbiq etməkdir. Məqsəd kim orada hansı yazışmaları həyata keçiribsə, həmin yazışmaların şifrələrini əldə etmək, daha sonra platformaya siyasi senzura tətbiq etməkdir. Əlbəttə, bu, neqativ tendensiyadır. Pavel Durova azadlıq! Fransa kəşfiyyat xidməti, “Telegram”dan əlinizi çəkin!”.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 514 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 514 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 514 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 514 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 514 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 514 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 514 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 514 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 514 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 514 baxış
Seçilmişlər
icon