Razı deyiliksə, ayağa qalxıb Baş naziri dəyişək | Erməni politoloq
Yeniliklərdən dərhal xəbərdar olun
“Əgər söhbət Ermənistan konstitusiyasının Qarabağa aid olan hissəsindən gedirsə, onda gəlin açıq danışaq. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edəndə niyə yüzminlərlə Ermənistan vətəndaşı küçələrə axışaraq Baş nazirin istefasını və hökumətin dəyişdirilməsini tələb etmədi? Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyırıq və Qarabağ da orada yerləşir”.
Bunu erməni politoloq Arutyun Mkrtçyan deyib.
“Belə olan halda həmin qonşu dövlət və ya hansısa üçüncü tərəf soruşmur ki, niyə konstitusiyanızda Qarabağla bağlı bənd var? Daha çoxunu deyim, konstitusiyamızda Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı bənd var. Bu bəndi niyə saxlayırsınız? Bu, ziddiyyətdir və Bakının hərbi eskalasiyanı qanuniləşdirməsi üçün yaşıl işıqdır. Bir daha deyirəm ki, Ermənistan hakimiyyəti ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
İndi mənə izah edin, belə olan halda, necə olur ki, Ermənistan konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı bənd var? Razı deyiliksə, o zaman ayağa qalxıb Baş naziri dəyişək. Bu isə olmur. Yəni Ermənistan vətəndaşı hakimiyyətin bu hərəkətlərini normal qəbul edir”, – o bildirib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
