Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdə
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir.
Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, o, yenidən prezident seçildikdən sonra ilk səfərini Şimali Kipr Türk Cümhuriyyətinə edib.
Səfərdə onu həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii qaynaqlar naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Güler, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də müşayiət edir.
Səfər çərçivəsində ikitərəfli əlaqələrlə bağlı bütün istiqamətlərdə atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacaq, adadakı vəziyyət, regional və qlobal miqyasda məsələlər müzakirə ediləcək.
#Şimali Kipr teqi istifadə olunub
- Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı - Baku TV
- Gəmi qəzasında itkin düşən şəxsin meyiti tapılıb
- Şimali Kiprdə dəhşət: Batan gəmidən xilas olan azərbaycanlılar barədə təcili xəbər - Baku TV CANLI
- Şimali Kiprdə dəhşət: azərbaycanlıların da olduğu gəmi niyə batdı? - Baku TV
- Şimali Kiprdən ağır xəbər | Türkiyədə bir sıra konsertlər ləğv edilib - Baku TV
