Rəşad Nəbiyev COP29-un yaratdığı imkanlardan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“COP29 burada iştirak edən ölkələrin öz iqlim hədəflərini açıqlaması üçün mükəmməl bir imkandır”.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
O bildirib ki, sözügedən prosesin tənzimlənməsi üçün bütün kritik sahələrdə istehsal prosesinin avtomatlaşdırılmasına nail olunmalıdır:
“Ümid edirəm ki, razılıq əldə ediləcəyi halda tərəflər bu razılaşmanın icrası üçün yetərincə resurslar tapmağa nail ola biləcəklər. Bizim mövqeyimiz ondan ibarətdir ki, bütün ölkələr özlərinin iqlim dəyişikliyi ilə mübarizə siyasətini ictimailəşdirsin və onların arasında təcrübə mübadiləsi aparılsın.
İqlim dəyişikliyi ilə mübarizənin daha bir vasitəsi sənayedə rəqəmsallaşmanın təminatı, bütün kritik sahələrdə istehsal prosesinin avtomatlaşdırılmasına nail olunmasıdır. Bu hədəf təmin edilmədən iqlim dəyişikliyi ilə mübarizədən danışmaq çox çətindir. Bunun üçün isə əhəmiyyətli sahələrə investisiyaların, həmçinin dövlət dəstəyi proqramlarının tətbiqi xüsusi önəm daşıyır”.
#Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi teqi istifadə olunub
- Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV
- Azərbaycanda avtonom nəqliyyat vasitələri necə fəaliyyət göstərəcək? - Baku TV
- Rəqəmsal inkişaf üzrə ictimai müzakirə | İnnovasiya və kibertəhlükəsizlik prioritetləri - Baku TV
- Bakıda “IV Milli Kibertəhlükəsizlik Forumu” keçirilib
- Rəşad Nəbiyev layihələrin necə həyata keçirildiyini açıqlayıb - Baku TV
