Rəsmi Bakı bəyan etdi ki, “yarımçıq sülh sazişi” imzalanmayacaq | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet efirə gedib.
“Bölgə “qaynar qazana” çevrilib” adlı süjetdə Azərbaycan-Ermənistan danışıqları və bölgədə baş verən proseslərdən bəhs olunur.
Bildirilib ki, proseslərin gərgin mərhələyə qədəm qoyması istənilən an “partlayışın” baş verə biləcəyi gözləntiləri artır və əsas diqqət Zəngəzura – Qərbi Azərbaycan torpaqlarına yönəlir:
“Çünki rəsmi Bakı və İrəvan xətti üzərindən davam edən geosiyasi mübarizədə açar nöqtə Zəngəzur dəhlizidir. İran Zəngəzur dəhlizinə görə “müharibəyə başlamaq” kimi bəyanatlar verir. Bölgə faktiki olaraq “qaynar qazana” çevrilib və hadisələrin istənilən an nəzarətdən çıxması riskləri getdikcə artır”.
Qeyd olunub ki, Baş nazir Nikol Paşinyan sülh sazişi layihəsində olan 17 maddənin 14-nün razılaşdırıldığını bəyan edib:
“Erməni Baş nazir Bakıya təklif edir ki, razılaşdırılan maddələr üzərində sülh müqaviləsi imzalansın. Bu, rəsmi İrəvanın diplomatik oyunudur.
Belə ki, N.Paşinyan “yarımçıq sülh sazişi” imzalamaqla həm ölkəsində Konstitusiyanı dəyişdirməkdən imtina etmək, həm də rəsmi Bakının sərhədin delimitasiyasında baza prinsipini dəyişdirmək imkanını əlindən almaq, beləliklə, Qərbi Azərbaycan torpaqları üzərində legitimlik qazanmaq istəyir. Lakin Azərbaycan rəsmi şəkildə bəyan etdi ki, “yarımçıq sülh sazişi” imzalanmayacaq, bütün məsələlər razılaşdırılmalıdır”.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
