Pleyeri seçin:

Rəsmi Bakıdan Kanada XİN-ə cavab

26 aprel 2023 839 baxış

Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə əlaqədar Kanada xarici işlər nazirinin bəyanatı ciddi anlaşılmazlıq yaradır.Bu barədə rəsmi Bakının Kanada Xarici İşlər Nazirliyinə verdiyi cavabda bildirilib.

“Kanada tərəfinə məlum olmalıdır ki, Azərbaycanın öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin legitim hüququdur və bütün beynəlxalq qaydalar çərçivəsindədir. Onun təsis edilməsi Ermənistan tərəfinin üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edildiyi, hərbçilərinin rotasiyasının həyata keçirməsi vəziyyətində qəbul edilən milli təhlükəsizlik qərarıdır.

Bu mənada qeyd edilən məntəqənin təsis edilməsinin sülh prosesinə və bölgədə sabitliyə təsir etdiyi barədə fikirlər yanlışdır. Əksinə, bu addımın atılması sözügedən qeyri-qanuni fəaliyyətlərin effektiv qarşısının alınmasına xidmət edəcək”, –deyə Azərbaycan tərəfi vurğulayıb.

“Bununla yanaşı, qeyd olunub ki, Laçın yolunun bağlı olması ilə əlaqədar Kanada tərəfinin iddiasının heç bir əsası yoxdur. Sərhəd-nəzarət buraxılış məntəqəsi yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək. XİN üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Qarabağda yaşayan erməni sakinlərin Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şəraitin mövcud olduğunu bir daha bəyan edir. Qeyd edilənlərlə yanaşı, Kanada xarici işlər nazirinin Azərbaycanın Qarabağ bölgəsinə yanlışlıqla “Dağlıq Qarabağ” kimi istinad etməsi qəbuledilməzdir. Bir daha açıqlamalarda bu kimi məqamlara Kanadanın diqqət yetirməsini zəruri hesab edirik”, – deyə Azərbaycan Xarici İşlər Nazirliyi əlavə edib.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 839 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 839 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 839 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 839 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 839 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 839 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 839 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 839 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 839 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 839 baxış
Seçilmişlər
icon