Rəsmi Bakıdan Qriqoryana kəskin cavab
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai Televiziyaya müsahibəsi zamanı növbəti dəfə bir sıra istiqamətlərdə məsələlərin mahiyyətini təhrif etməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla həm beynəlxalq ictimaiyyət arasında, həm də Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdləri qəbuledilməzdir.
Rəsmi Bakının Armen Qriqoryanın müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhində belə deyilir.
Qeyd olunub ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu bəyanatlarda BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib. Bu və digər bir görüşdə delimitasiyanın hansısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur.
Azərbaycan XİN bildirib ki, beynəlxalq təcrübəyə əsasən, Ermənistandan fərqli olaraq Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi seçilmiş xəritə əsasında deyil, hüquqi əhəmiyyəti olan bütün sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında həyata keçirilib. Bu təcrübənin Ermənistanla da tətbiq edilməsi mümkündür. Bu xüsusda, Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması daha faydalı olardı.
#Armen Qriqoryan teqi istifadə olunub
- Ermənistanda vacib görüş | Nələr müzakirə edildi? - Baku TV
- Qriqoryan sülh sazişinin yaxınlaşdığını bildirib
- “Bu sülhün güclənməsinə töhfə verəcək” | İrəvan üçün yeni dönəm?
- Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdü
- Qriqoryan və Şoyqu nələri müzakirə etdi? | Gündəmdə olan əsas məsələ diqqət mərkəzində
