Rəsmi İrəvandan gecikmiş etiraf
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan minalanmış ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər”.
Bunu mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Bununla da rəsmi İrəvan Ermənistanda başqa mina xəritələrinin də olduğunu etiraf etmiş oldu. Əslində ölüm tələlərinin basdırıldığı ərazilərin xəritələrinin Azərbaycana ən qısa müddətdə təqdim edilməsi Ermənistanın beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəlikləri olsa da, indiyə qədər bunu təmin etmirlər. Bu səbəbdən ekspertlərin bir qismi bu etirafı gecikmiş etiraf hesab edir.
“2020-ci ilin 8-9 noyabrından sonrakı mərhələdə Ermənistanın niyyəti daha əhəmiyyətli idi. Çünki 3 ildir ki, Azərbaycan xəritələr olmadan da ərazilərin minalardan təmizlənməsi işini həyata keçirir. Müharibədən sonra 340 nəfərdən çox əməkdaşımız zərər görüb. Həyatını itirənlər və yaralananlar var”, – deyə hərbi ekspert Elxan Şıxəliyev mövzunu Baku TV-yə şərh edərkən bildirib.
Torpaqlarımızın işğalda olduğu 30 il ərzində Ermənistan Azərbaycan ərazilərində 1 milyondan çox mina basdırıb. Təəssüf ki, bu günə qədər heç bir beynəlxalq təşkilat minalanmış ərazilərin xəritələrinin, eləcə də ayrı-ayrı sahələrin sxemlərinin Azərbaycana verilməsi üçün Ermənistana lazımi instansiyalarda gərəkli təzyiqi göstərməyib. Digər tərəfdən, təqdim ediləcək xəritələrin dəqiqliyi belə müzakirəyə açıq mövzudur.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
