Rus politoloqdan Paşinyanı "dəli edəcək" açıqlama: Ermənistan KTMT-dən çıxır?
Yeniliklərdən dərhal xəbərdar olun
“İrəvan-Moskva münasibətlərində sərinləşmə Serj Sərkisyanın Ermənistana prezidentlik dövründən başlayıb. Serj Sarkisyan zamanında Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalamağa cəhd etdi və bu da münasibətlərin soyuqlaşması ilə nəticələndi”.
Bunu rusiyalı politoloq Mixail Aleksandrov deyib. Onun sözlərinə görə, Moskva İrəvanın Qərbə istiqamətlənəcəyi təqdirdə Ermənistanla münasibətləri balanslaşdırmaq istəyirdi.
“Sonra Ermənistan Aİ ilə Asossiasiya sazişi bağladı və Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq eyni vaxtda geniş vüsət aldı. Rusiyada güclü Azərbaycanpərəst lobbi formalaşıb. Bu lobbi Rusiyanın xarici siyasətinin Bakının xeyrinə yenidən qurulması istiqamətində fəal iş aparırdılar və məqsədlərinə də çatdılar. Rusiya bərabər məsafəli siyasət kursu təyin etdi. Bu da o deməkdir ki, kim daha güclüdürsə, o qalib gələcək. Azərbaycan daha güclü oldu və Rusiya Ermənistanla müqavilə öhdəlikləri olsa da, Ermənistana kömək etməkdən imtina etdi. Bu da Rusiyada qərbyönlü siyasətçi kimi qəbul edilən Paşinyanın gəlişinin nəticəsi idi. Paşinyan hakimiyyətə gələrək bir sıra yanlış addımlar atıb. Nəticədə Rusiya neytral mövqe tutdu və Ermənistana kömək etmədi”, – o qeyd edib.
Politoloq əlavə edib ki, ermənilər Qarabağı tərk etməyə məcbur olanda Ermənistanda anti-Rusiya əhvali-ruhiyyəsi güclənəcək və Ermənistan hökuməti KTMT-dən çıxacaq: “Rusiya hərbi bazasını çıxaracaq və Ermənistan bunun əvəzinə ABŞ-ni ərazisinə dəvət edəcək. Nəticədə, Azərbaycanın NATO üzvü olan Türkiyənin müttəfiqi olduğunu, Gürcüstanın da Şimali Atlantika alyansına yönəldiyini nəzərə alsaq, Rusiya Ermənistandakı mövcudluğunu itirəcək. Cənubi Qafqaz NATO regionuna çevriləcək”, – M.Aleksandrov vurğulayıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
