Pleyeri seçin:

Rusiya Azərbaycanla döyüşmədiyi üçün Ermənistan üz çevirdi

19 oktyabr 2023 415 baxış

“Ermənistan Rusiyanın düşməninə çevrilir. Nikol Paşinyanın son davranışları, Rusiyaya qarşı səsləndirdiyi əsassız ittihamları və amerikalı hərbçiləri hərbi təlimlər keçmək üçün Ermənistana çağırması bunun göstəricisidir”.

Bunu rusiyalı siyasi şərhçi Sergey Markov Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-i Avropa Parlamentində çıxışı zamanı Rusiyaya qarşı səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

O qeyd edib ki, Paşinyanın Cənubi Qafqazda sülhməramlı kimi Rusiyanı əvəz etməsi üçün Fransanı israrla bölgəyə dəvət etməsi də Ermənistanın dönülməz yolda olduğunun göstəricisidir.

“Rusiyanın onun tərəfindən çıxış etməməsini, onun üçün vuruşmaqdan imtina etməsini Ermənistan heç cür bağışlaya bilmir. Onlar istəyirdilər ki, Qarabağın Ermənistanın işğalı altında qalması üçün Rusiya Azərbaycanla vuruşsun. Ermənistan hakimiyyətinin baxış bucağından baxdıqda onlara elə gəlir ki, əgər Rusiya bunları etmədisə, demək biz zəifik. Elə düşünürlər ki, Rusiya Ermənistana arxa çevirib. Sadalananları səbəb kimi göstərərək Rusiyadan üz döndərib Fransaya, Amerika Birləşmiş Ştatlarına, Avropa İttifaqına qucaq açmaq qərarına gəliblər.

Əsasən də son zamanlar Nikol Paşinyan Ermənistan xalqını Rusiyadan qoparıb Qərbə birləşdirməyi qarşısına məqsəd qoyub. Bunun kimi hərəkətlər nəinki, Rusiyada bütövlükdə Qafqazda vəziyyəti gərginləşdirir. Çünki Paşinyan onlara dəstək olmaları üçün Fransanı, ABŞ-ni və Avropa İttifaqını Cənubi Qafqaza gətirmək istəyir.

Bundan əlavə, Baş nazir Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərini pozmaq istəyir. O görür ki, biz birləşərək Ermənistanın dostluq etdiyi ölkələri Qafqazdan uzaq tutmağa çalışırıq. Başa düşmür ki, Azərbaycan və Rusiya qıraq ölkələrin əraziyə daxil olaraq hər kəsin həyatını təhlükəsizliyə atmasından narahatdır”.

Sergey Markov Paşinyandan fərqli olaraq Ermənistan xalqının daha ağıllı addımlar atacağına və Rusiyadan üz döndərməyəcəklərinə ümid etdiklərini bildirib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 415 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 415 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 415 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 415 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 415 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 415 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 415 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 415 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 415 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 415 baxış
Seçilmişlər
icon