Pleyeri seçin:

Rusiya cinayət işinə xitam verir? - Baku TV

06 yanvar 2026 554 baxış

“Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib. Bu əsasla da Rusiya İstintaq Komitəsi cinayət işinə xitam vermək qərarına gəlib”.

Bu barədə anonim istifadəçi tərəfindən “BT News” “Telegram” kanalına göndərilən sənəddə bildirilir.

Sənədin, əslində, Rusiya İstintaq Komitəsi tərəfindən Azərbaycan Baş Prokurorluğuna ünvanlanan məktub olduğu iddia edilir.

Məktubun məzmunu faciəyə görə məsuliyyətdən yayınmaq cəhdi kimi görünür və məntiqi bir sual doğurur: Rusiya İstintaq Komitəsi, əslində, günahı “hava şəraiti”nin üzərinə yıxırsa, o zaman hansı əsasla cinayət işinə xitam verir? Niyə görə onlarla insanın ölümünə görə məsuliyyət daşıyanlar cəzasız qalmalıdır? Axı faciəyə görə məsuliyyət daşıyan Rusiya tərəfidir.

AZAL təyyarəsi “Pantsir-S1” hava hücumundan müdafiə raketi ilə vurulub və sonradan Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

Bu sənədin məzmunu Vladimir Putinin oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqe ilə birbaşa ziddiyyət təşkil edir. Həmin vaxt V.Putin AZAL mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə sistemlərinin işi nəticəsində qəzaya uğradığını etiraf etmiş və bu cür vəziyyətlərdə nə lazımdırsa, onu etməyə hazır olduğunu bildirib.

Lakin “nə lazımdırsa”, ilk növbədə, günahkarların müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi deməkdir. Cinayət işinə xitam verilməsi isə açıq şəkildə bu yanaşmaya uyğun gəlmir.

Qeyd edək ki, bu sənədin həqiqi olub-olmaması müəyyən edilməyib.

Banner
Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Siyasət
02 noyabr 2026 554 baxış
Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
02 noyabr 2026 554 baxış
Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Siyasət
02 noyabr 2026 554 baxış
Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Siyasət
02 noyabr 2026 554 baxış
Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Siyasət
02 noyabr 2026 554 baxış
İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

Siyasət
02 noyabr 2026 554 baxış
Hörmüz boğazındakı sualtı kabellərə mümkün hücum Azərbaycana və dünyaya necə təsir edəcək?

Hörmüz boğazındakı sualtı kabellərə mümkün hücum Azərbaycana və dünyaya necə təsir edəcək?

Siyasət
01 noyabr 2026 554 baxış
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 554 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 554 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 554 baxış
Seçilmişlər
icon