Rusiya Ermənistana əlavə qüvvə göndərəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası tam hazırdır, lakin Ermənistan tərəfi orada uzunmüddətli əsasda missiyanın yerləşdirilməsinə dair Avropa İttifaqı ilə danışıqlara üstünlük verir. Azərbaycanın razılığı olmadan bu missiyanın yerləşdirilməsi səmərəli olmayacaq”.
Bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, Rusiyanın Ermənistanla mürəkkəb münasibətləri var: "Bizim Ermənistandakı mövcud vəziyyətlə bağlı çətinliklərimiz var. Erməni dostlarımız Azərbaycanla sərhəddə sabitliyin təmin edilməsi üçün KTMT missiyasının göndərilməsinin zəruriliyini irəli sürürdü və biz İrəvanda keçirilən sammitdə bu missiyanın parametrləri ilə bağlı sənəd razılaşdırdıq, lakin onu qəbul etmək mümkün olmadı. Çünki erməni həmkarlarımız bu sənəddə Azərbaycanın sərt şəkildə qınanılmasına israr etməyə başladılar".
S.Lavrov vurğulayıb ki, rəsmi Moskvanın hələ də Ermənistan-Azərbaycan sərhədinin Ermənistan hissəsinə KTMT missiyasını göndərmək istəyi var.
#Sergey Lavrov teqi istifadə olunub
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
- Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
- Dünya dəhşətli müharibə təhlükəsi ilə üz-üzə qalıb? - Baku TV CANLI
