Rusiya Ermənistanın arzusunu ürəyində qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağda vəziyyətin deeskalasiyası, Laçın yolunun açılması və digər humanitar marşrutların istifadəsini dəstəkləyirik”.
Bunu Rusiyanın BMT-dəki nümayəndəsi Dmitri Polyanski bildirib.
“Rusiya tərəfləri bu böhranı tez bir zamanda həll etmək üçün səylərini əsirgəməməyə çağırır. Azərbaycan və Ermənistanı aralarındakı münasibətləri normallaşdırmağa çağırırıq. İstəyirik ki, onlar bütün səviyyələrdə diplomatik kanallarından istifadə etsinlər və regionda olan bu faciənin qarşısı alınsın”, – deyə rusiyalı nümayəndə qeyd edib.
O bildirib ki, ölkələr arasında imzalanan üçtərəfli bəyanat Bakı-İrəvan münasibətlərinin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan və Ermənistanda parlament üzvləri ilə görüşlər davam etdirilir və Rusiya Federasiyası bu sahədə səylərini əsirgəmir:
“Rəsmi Moskva Azərbaycan və Ermənistan arasında sülhün bərpa olunması, Qarabağda yaşayan erməni əhalisinin hüquqlarının təmin olunması üçün çalışır. Biz humanitar məsələlərin siyasiləşdirilməsinə qarşıyıq. Qarabağda olan onminlərlə erməni əhalisinin hüquqlarının təmin olunması Bakı-Xankəndi formatında baş verəcək”.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
