Pleyeri seçin:

Rusiya özünü hegemon hesab etdiyi üçün... | Özbəkistanlı politoloqdan açıqlama

04 iyul 2025 571 baxış

Rusiya-Azərbaycan münasibətləri son illər olduqca çətin mərhələyə qədəm qoyub. 24 fevral 2022-ci ildən ikitərəfli münasibətlərdə baş verən dəyişikliklər xüsusilə nəzərə çarpır. Oxşar proseslər bütün MDB məkanında gedir, lakin ən qətiyyətli və açıq hərəkət edən Azərbaycan olub. Rusiya ənənəvi olaraq özünü postsovet məkanında hegemon hesab etdiyi üçün bununla barışa bilmir.

Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev özü diplomatik sahədən gəlib və beynəlxalq münasibətləri yaxşı bilir. O, kiçik imkanlardan da maksimum istifadə etməyi bacarır.

Bunu özbəkistanlı politoloq Cahangir Əkrəmov deyib.

“Qarabağ Bakının nəzarətinə qaytarıldıqdan və Azərbaycanın suverenliyi bərpa edildikdən sonra ölkə Qərblə böyük neft və qaz müqavilələri imzaladı. Trans-Xəzər marşrutu üzrə enerji resurslarının Mərkəzi Asiyadan Azərbaycandan keçməklə Avropaya nəqlinə dair sazişlər bağlanıb.

İranın Rusiya üçün artan əhəmiyyəti də rol oynayır. Azərbaycan bu ölkələr arasında yerləşir. Bütün bunlar Bakının Moskvanı bərabərhüquqlu münasibətlərə doğru sövq etməsi üçün əlverişli şərait yaratdı.

Rusiya isə belə nümayişkaranə şəkildə bərabərlik istəyinin presedent ola biləcəyindən ehtiyat edir. Bu kontekstdə İlham Əliyevin mayın 9-da Moskvada keçirilən paradda iştirakdan imtina etməsi, yumşaq güc aləti olan “Rus evi”ni bağlaması, mətbuatda Rusiya əleyhinə sərbəst bəyanatlar verməsi digər MDB ölkələri, o cümlədən Mərkəzi Asiya dövlətləri üçün nümunə ola bilər. Rusiya bunun qarşısını almağa çalışır”, – o bildirib.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 571 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 571 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 571 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 571 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 571 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 571 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 571 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 571 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 571 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 571 baxış
Seçilmişlər
icon