Rusiya-Qərb gərginliyi artır | "İkinci Ukrayna” ssenarisi reallaşa bilər?
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda hakim “Gürcü Arzusu”nun parlament seçkilərini qazanmasından sonra gərginlik hələ də davam edir.
Türkiyəli ekspertlər Gürcüstanda Qara dəniz uğrunda mübarizənin getdiyi və Cənubi Qafqazda II Ukrayna ssenarisinin tətbiq edilməsi planlarının olduğunu iddia edirlər.
Beynəlxalq münasibətlər üzrə ekspert İqbal Dürrə hesab edir ki, Qərb Rusiyanın Qafqaz siyasətinə qarşı planlar qurur: “Gürcüstanda baş verənlər Ukraynadakı siyasətin davamıdır”.
Siyasi şərhçi Ümid Nazmi Hazır qeyd edib ki, II Qarabağ müharibəsi və Ukrayna müharibəsindən sonra Cənubi Qafqazda vəziyyət tamamilə dəyişib.
“Ermənistan sürətlə Qərbə yaxınlaşdı, Gürcüstan isə Rusiya ilə əməkdaşlığı genişləndirdi. Ermənistanın Qərbə yaxınlaşmasından sonra Gürcüstan Moskva üçün daha da əhəmiyyətli oldu. Ermənistandan sonra Gürcüstanın Qərb xəttini davam etdirməsi Rusiyanın Cənubi Qafqazda təsirinin bitməsi deməkdir. Bu baxımdan Qafqazda hadisələrin inkişafı Rusiya-Ukayna müharibəsinin nəticəsindən asılı olacaq”, – o deyib.
Xarici siyasət üzrə mütəxəssis Səid Yılmaz isə bildirib ki, Gürcüstan Rusiyanın iki “yumşaq qarnı”ndan biridir.
“Digəri isə Ukraynadır. Gürcüstan üzərindən Rusiyaya qarşı “ikinci cəbhəni” açmaq planları var. Bu, Qafqazın yeni poliqon olması deməkdir. Bölgədə 50-yə yaxın “dövlət” yarana bilər. Hazırda Gürcüstanda qarışıqlıq var, lakin əsas xaos bütövlükdə bölgədə – Qafqazda baş verir”, – türkiyəli mütəxəssis qeyd edib.
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
