Rusiya Təhlükəsizlik Şurasının katibi Qərbi tənqid etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanla Ermənistan arasında nizamlanma o zaman mümkündür ki, kənar qüvvələr regional məsələlərə müdaxiləni dayandırsın”.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB ölkələri təhlükəsizlik şurası katiblərinin iclasında bildirib. Onun sözlərinə görə, Qərbin addımları vəziyyəti daha da dərinləşdirir.
“Biz həmçinin Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində, onun inkişafı üçün şərait yaradılmasında, qarşılıqlı etimad və əməkdaşlığın gücləndirilməsində maraqlıyıq. Bu məqsədlə Rusiya bu ölkələr arasında sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması naminə Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşdırılması istiqamətində ardıcıl addımlar atır”, – deyə Nikolay Patruşev bildirib.
#Rusiya Təhlükəsizlik Şurası teqi istifadə olunub
- Şoyqudan Ermənistana xəbərdarlıq
- "Avropa qazına keçsəniz, xalq sizi qovacaq" | Medvedevdən Paşinyana mesaj - Baku TV CANLI
- “Cəmi bir gecəyə...” | Sergey Şoyqudan İrəvana sərt xəbərdarlıq - Baku TV CANLI
- “Qərb artıq maskaları çıxarıb” | Sergey Şoyqudan diqqətçəkən sözlər
- Rusiyadan gələn qalmaqallı xəbərdarlıq | Venesuela ssenarisi bu ölkədə də təkrarlanacaq? - Baku TV
