Pleyeri seçin:

Rusiya və Azərbaycan prezidentləri Xəzər dənizi ilə bağlı mühüm razılığa gəldi

09 dekabr 2024 483 baxış

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və qonşu dövlətlərdə gərginliyin artdığı bir zamanda dünya siyasətində Azərbaycanın əhəmiyyətli rola malik olması danılmazdır. Çünki ölkəmizin sərgilədiyi mövqe baş verən geosiyasi proseslərdə vacib qərarların alınmasına təsir edir.

Rusiyanın “TASS” informasiya agentliyi oxucularının diqqətinə çatdırıb ki, Rusiya və Azərbaycan prezidentləri Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün birgə işləmək barədə razılığa gəliblər.

Mənbə xəbər verib ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin gənc alimlərlə görüşündə danışıb.

“Bakıya səfər etdikdən sonra İlham Heydər oğlu ilə razılığa gəldik ki, bu mövzuda birgə işləyəcəyik. Mən artıq Rusiya Federasiyası Hökumətinə müvafiq fəaliyyət proqramının hazırlanması ilə bağlı tapşırıq vermişəm”, – deyə Rusiyanın dövlət başçısı bildirib.

Vladimir Putin qeyd edib ki, Xəzərin Aral dənizinin taleyini təkrarlamasına yol vermək olmaz və onun dayazlaşmasının qarşısını almaq üçün bütün tədbirlərin görülməsi vacibdir.

“The Caspian Post” xəbər verib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında viza rejiminin ləğv edilməsi haqqında Saziş imzalanıb.

Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslər üçün qarşılıqlı viza tələblərinin qısa müddətə ləğv edilməsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi – müddətli səfərlər” mövzusu parlamentin iclasının gündəliyinə salınıb.

Mənbə xəbər verir ki, Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin qısamüddətli səfərlər üçün viza tələblərindən azad edilməsi barədə razılığa gəlib. Müzakirələrdən sonra qanun layihəsinin qəbul edildiyi qeyd olunub.

Qazaxıstanın “Kazinform” nəşri “Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 40 faiz artıb” sərlövhəli məqalə dərc edib.

Bildirilib ki, Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi son 10 ay ərzində 393 milyon 831 min ABŞ dolları təşkil edib. Bu da bir il əvvələ nisbətən 38,7 faiz çoxdur.

Qeyd olunub ki, hesabat dövründə Azərbaycandan Qazaxıstana ixrac 23,2 faiz artaraq 107 milyon 747 min dollara, Qazaxıstandan Azərbaycana ixrac isə 45,6 faiz artaraq 286 milyon dollara çatıb. 

İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

Siyasət
22 sentyabr 2026 483 baxış
Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Siyasət
22 sentyabr 2026 483 baxış
Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 483 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 483 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 483 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 483 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 483 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 483 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 483 baxış
Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 483 baxış
Seçilmişlər
icon