Pleyeri seçin:

Rusiya və Türkiyə gedir, Azərbaycan mövqelərini gücləndirir | QARABAĞ XRONİKASI 137-Cİ BURAXILIŞ

20 may 2024 579 baxış

“Qarabağ xronikası” verilişinin 137-ci buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılmasından bəhs edib.

O bildirib ki, xarici hərbi qulluqçuların torpaqlarımızdan çıxarılması rəsmi Bakı və Moskva münasibətlərində yeni mərhələnin başlanğıcına işarə edir:

“Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ondan xəbər verir ki, rəsmi Bakı və Moskva münasibətlərdə daha çox siyasi-iqtisadi məsələlərə üstünlük verəcək.

Qeyd etməliyik ki, Qarabağda fəaliyyətini dayandıran Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yerləşdirilməsində məqsəd Azərbaycana qarşı yönələ biləcək informasiya diversiyalarının qarşısını almaq idi.

Revanşizm xülyasında olan bəzi qrupların yaydığı əsası olmayan məlumatlar məhz bu mərkəz tərəfindən operativ şəkildə aşkarlanıb, müvafiq instansiyalara təqdim edilib.

Sülhməramlı kontingent isə bəzi hallarda informasiya diversiyalarının ardınca həyata keçirilməsi planlaşdırılan silahlı diversiyaların qarşısını müvafiq qaydada almağa müvəffəq olub.

Xatırladaq ki, bu, bəzi hallarda baş verib. Çünki sülhməramlılar əsasən neytral mövqe sərgiləyiblər. Əksər hallarda diversiyaların qarşısı Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin ayıq-sayıqlığı nəticəsində alınıb”.

Qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərindən vaxtından əvvəl çıxarılması rəsmi Bakının siyasi səriştəsini aşağılamaq və müstəqilliyimizi sual altına almaq məqsədi güdən bütün proqnozların tamamilə əsassız olduğunu sübut edib. Əsası olan “Qarabağ məsələsi” adlandırılan gündəliyin bütün müstəvilərdə rəsmi Bakı tərəfindən həmişəlik bağlanmasıdır. 

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 579 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 579 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 579 baxış
Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 579 baxış
ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

Siyasət
21 sentyabr 2026 579 baxış
Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 579 baxış
Azərbaycan XİN Pakistana başsağlığı verib - Baku TV

Azərbaycan XİN Pakistana başsağlığı verib - Baku TV

Siyasət
20 sentyabr 2026 579 baxış
Bakıda Türk dünyasının təhlükəsizliyi müzakirə olundu - YEKUNLAŞDIRAQ

Bakıda Türk dünyasının təhlükəsizliyi müzakirə olundu - YEKUNLAŞDIRAQ

Siyasət
20 sentyabr 2026 579 baxış
Xaçmazda "Suverenliyimiz əbədidir" adlı tədbir keçirilib - Baku TV

Xaçmazda "Suverenliyimiz əbədidir" adlı tədbir keçirilib - Baku TV

Siyasət
20 sentyabr 2026 579 baxış
23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

Siyasət
20 sentyabr 2026 579 baxış
Seçilmişlər
icon