Rusiya vurulan AZAL təyyarəsi ilə bağlı məsuliyyəti üzərinə götürəcək? | Hikmət Hacıyevdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Rəsmi Bakı Moskvanın Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərində əsaslı dəyişikliklər baş verməyib, lakin son aylarda ikitərəfli gündəlikdə müəyyən anlaşılmazlıq və gərginliyin artması hiss olunur.
“Belə hadisələr qonşu ölkələr arasında da baş verə bilər. Hər şey Azərbaycan cəmiyyətini dərindən sarsıdan təyyarə qəzası ilə başladı. Qəza Rusiyanın ərazisində, hava məkanında baş verib və biz bunun necə baş verdiyini bilirik ‒ bu, artıq sirr deyil. Azərbaycan qonşu və tərəfdaş kimi Rusiyanın məsuliyyəti öz üzərinə götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir”, ‒ deyə H.Hacıyev əlavə edib.
#AZAL teqi istifadə olunub
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- Hansı uçuşlar təxirə salındı? - AZAL-dan vacib məlumat - Baku TV
- AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV
