Rusiya XİN-dən təcili çağırış | Putin ruslara görə ordunu səfərbər edəcək? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkənin silahlı qüvvələri Kiyevdə Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə, eləcə də qərarların qəbul edildiyi mərkəzlərə və komanda məntəqələrinə sistemli zərbələr endirməyə başlayıb.
Bununla bağlı bəyanat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Sənəddə bildirilir ki, pilotsuz uçuş aparatlarının layihələndirilməsi, istehsalı, proqramlaşdırılması və istifadəyə hazırlanması ilə bağlı obyektlərə zərbələr endiriləcək.
Nazirlik diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları da daxil olmaqla xarici vətəndaşlara Kiyevi mümkün qədər tez tərk etməyi tövsiyə edib. Ukrayna paytaxtının sakinlərinə isə hərbi və inzibati infrastruktur obyektlərinə yaxınlaşmamaq tövsiyə olunub.
Rusiya Prezident Vladimir Putin isə xaricdəki ölkə vətəndaşlarının müdafiəsi üçün ordunun imkanlarından istifadəyə icazə verən qanunu imzalayıb.
Sənəd Rusiya vətəndaşlarının həbsi, cinayət təqibi və ya digər məhkəmələr tərəfindən təqib edildiyi təqdirdə ordunun imkanlarından istifadəni nəzərdə tutur.
Yeni qanuna əsasən, Rusiya Prezidenti Rusiya Silahlı Qüvvələrinin bölmələrini xaricdəki vətəndaşlarını təqiblərdən qorumaq üçün istiqamələndirəcək.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
