Rusiya XİN-dən təcili xəbərdarlıq | Zaxarova İsrail-İran müharibəsindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Xəzər dənizi regionu üzərində nüvə təhlükəsi yaranıb".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya İran və İsrail ətrafında gərginləşən vəziyyətin danışıqlar müstəvisinə qaytarılması üçün bütün mümkün vasitələrə əl atır.
"Biz bu gərginliyi danışıqlar məcrasına yönəltmək üçün bütün mümkün addımları atırıq. Çünki anlayırıq ki, bizim də daxil olduğumuz regionda – Xəzər dənizi üzərində real və fiziki təhlükə mövcuddur. Bu təhlükə təkcə İran yox, Rusiya ilə yanaşı, bütün Xəzəryanı ölkələrə aiddir. Buna görə də vəziyyət bizim üçün birbaşa əhəmiyyət daşıyır", – deyə M.Zaxarova vurğulayıb.
Diplomat Yaponiyanın üzləşdiyi "Fukusima" AES-dəki qəzanı da xatırladıb.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
