Rusiya XİN İstanbulda Qarabağ görüşünün keçirildiyini təsdiqləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Xarici İşlər Nazirliyi Qarabağda antiterror tədbirlərinin keçirilməsindən əvvəl İstanbulda Rusiya, Avropa İttifaqı və ABŞ rəsmiləri arasında görüşün keçirildiyini təsdiqləyib.
Bu barədə keçirdiyi brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. O, “Politico” nəşrinin “Rusiya, Aİ və ABŞ Qarabağdakı gərginlikdən əvvəl gizli görüş keçirib” iddiasını şərh edərkən bu görüşün gizli olmadığını diqqətə çatdırıb.
Qeyd edək ki, “Politico”nun məlumatına görə, sentyabrın 17-də, Qarabağdakı lokal antiterror tədbirlərindən iki gün əvvəl İstanbulda yüksək vəzifəli məmurlar – Lui Bono, Toivo Klaar və İqor Xovayevin görüşü baş tutub. M.Zaxarovanın sözlərinə görə, belə bir təşəbbüslə məhz Qərb ölkələri çıxış edib. Elə tərəflər arasında görüşün baş tutması təklifini də onlar irəli sürüb.
Nəşrin iddiasına görə, tərəflər Ermənistandan humanitar yardım daşıyan yük maşınlarının Qarabağa buraxılmasını təmin etmək üçün Bakıya təzyiq göstərmək istəyiblər. Kremlin sözçüsü Dmitri Peskov da “Politico” nəşrinin məlum yazısına münasibət bildirib. Onun sözlərinə görə, məqalədə ABŞ, Aİ və Rusiya təmsilçilərinin Qarabağ görüşü ilə bağlı çoxlu qeyri-dəqiqlik və səhvlər var. “Təmaslar olub, amma yazılan kimi deyil”, –Kreml rəsmisi əlavə edib.
#Mariya Zaxarova teqi istifadə olunub
- Rusiya rəsmisi erməni gənclərə ortaq tarixi unutmamaq çağırışı etdi - Baku TV CANLI
- Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV
- Zaxarovadan Ankara və Vaşinqtona Ukraynayaya görə xəbərdarlıq - Baku TV
- Rəsmi Bakı Moskvaya etirazını bildirdi | Ayxan Hacızadədən “Baku TV”yə açıqlama - Baku TV
- “Bu cür mövzular Azərbaycanla əlaqəli şərh edilməməlidir" | Ayxan Hacızadə - Baku TV CANLI
