Rusiyada "Tramp körpüsü"nə görə fikirlər toqquşdu | "Kənar təkliflər qəbuledilməzdir"
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesini Qərb regional kontekstdən çıxarıb öz maraqlarına uyğunlaşdırmaq istəyir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, hər iki ölkə Rusiya, İran və Türkiyənin vasitəçiliyi ilə konstruktiv qərarlar üzərində çalışır.
“Qərb isə prosesi nəzarətə götürüb öz siyasi uğuru kimi qələmə vermək niyyətindədir. Lakin bu, regionun təhlükəsizlik balansını poza bilər. ABŞ nəqliyyat kommunikasiya xətlərinin açılmasına da müdaxilə etmək istəyir”, – deyən M.Zaxarova bunu mənasız adlandırıb. Çünki Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun əldə etdiyi razılaşmadan kənar təkliflər qəbuledilməzdir.
M.Zaxarova onu da bildirib ki, Qərb dövlətləri Ermənistan hökumətinə təsir etdiyi üçün üçtərəfli işçi qrupu hazırda fəaliyyət göstərmir.
#Mariya Zaxarova teqi istifadə olunub
- Rusiya rəsmisi erməni gənclərə ortaq tarixi unutmamaq çağırışı etdi - Baku TV CANLI
- Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV
- Zaxarovadan Ankara və Vaşinqtona Ukraynayaya görə xəbərdarlıq - Baku TV
- Rəsmi Bakı Moskvaya etirazını bildirdi | Ayxan Hacızadədən “Baku TV”yə açıqlama - Baku TV
- “Bu cür mövzular Azərbaycanla əlaqəli şərh edilməməlidir" | Ayxan Hacızadə - Baku TV CANLI
