Rusiyadan Qarabağdakı separatçılara zərbə
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya regionda vəziyyətin sabitləşməsi üçün Azərbaycan və Ermənistan tərəfi ilə təmasları dəstəkləyir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 6-da keçirilən brifinqdə bildirib.
“Bu təmaslar həm siyasi səviyyədə, həm də sülhməramlı kontingent səviyyəsində gedir. Əlbəttə ki, çox şey tərəfin özündən, onların siyasi iradəsindən, bir-birinə güzəştlərə getməyə hazır olmasından asılıdır. Biz öz tərəfimizdən bütün lazımi səyləri göstəririk”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Brifinqdə erməni jurnalistin Qarabağdakı silahlı erməni quldur dəstələrinin başçısı Araik Arutyunyanı qondarma rejimin prezidenti kimi təqdim edərək, bir neçə gün əvvəl onun adından yayılmış bəyanatda Laçın yolunun marşrutunun vaxtından əvvəl dəyişdirilməsinin Moskvanın təklifi ilə baş verdiyinə, Rusiyanın bu baş verməyəcəyi təqdirdə Azərbaycanın hərbi əməliyyatlara başlayacağı ilə bağlı çağırış etməsinə, bununla da üçtərəfli bəyanatın guya pozulduğuna işarə etməsinə Mariya Zaxarovanın verdiyi cavab erməniləri növbəti dəfə pis vəziyyətə salıb.
“Mən bu bəyanatlarla tanış deyiləm. Sizin dediyiniz vəzifələrlə də tanış deyiləm. Ona görə də bunları hətta şərh etməyəcəm” – deyə M.Zaxarova bildirib. Bununla da silahlı erməni quldur dəstələrinin başçısı Araik Arutyunyanı və onun qondarma prezidentlik səlahiyyətlərini tanımadığını bəyan edib.
O ki qaldı Laçın yolunun marşrutunun vaxtından əvvəl dəyişdirilməsinə, M.Zaxarova əlavə edib ki, bu marşrut Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Bəyanatında nəzərdə tutulmuş üçtərəfli formatda razılaşma əsasında dəyişib:
“Ona görə də konkret bu məsələ ilə bağlı razılaşdırılmamış fəaliyyətdən, tərəflərdən birinin fikrini nəzərə almamaqdan danışmaq ədalətsizlikdir”.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
