Pleyeri seçin:

Rusiyadan sülhlə bağlı rəy | Sülh üçün əsas şərt

19 yanvar 2024 502 baxış

2024-cü ilin gəlişi ilə Ermənistan və Azərbaycan arasında sülh sazişinin hazırlanması Qafqaz gündəliyinin əsas məsələlərindən birinə çevrilib.

Eyni zamanda, iki ölkənin liderləri hələ də sülhün perspektivlərini fərqli qiymətləndirirlər. Bakı sazişlərin heç bir beynəlxalq qarantın olmayacağı “kamera” xarakterini müdafiə edir, İrəvan isə əksinə, sülh layihəsinin hazırlanması və həyata keçirilməsində fəal kənar iştirakda israr edir.

Bu sözləri rusiyalı politoloq Sergey Markedonov sosial şəbəkə hesabında yazıb.

“Aydın olur ki, tərəflərin dəfələrlə bir-birinə ötürdüyü müəyyən mətn özlüyündə regionda davamlı sülhün təməli ola bilməz. Təfərrüat və nüanslar barədə razılaşma olmadan istənilən saziş xoş arzular toplusu olaraq qalacaq. Bu kontekstdə ən mühüm mövzu dövlətlərarası sərhədin demarkasiyası və delimitasiyasıdır. Yanvarın sonunda bu məsələ ilə bağlı müvafiq komissiyanın iclasının keçirilməsi nəzərdə tutulub. Gözlənilir ki, görüş zamanı tərəflər sərhəd xətlərinin dəqiq müəyyənləşdirilməsi ilə bağlı sənədləri razılaşdıra biləcəklər. Yeri gəlmişkən, yanvar görüşünün yeri və vaxtı hələ dəqiqləşdirilməyib. Amma danışıqlar aparılsa belə, onlardan irəliləyiş gözləmək çətindir.

Şərhçilər Prezident İlham Əliyevin bu yaxınlarda Azərbaycan mətbuatının nümayəndələri ilə görüşünə diqqət yetirirlər. Azərbaycan rəhbəri bir daha Zəngəzur dəhlizi mövzusunu qabardıb ki, bu, yumşaq desək, İrəvanın ehtiyatlı olmasına səbəb olur. Bu layihədə çoxları Qarabağın itirilməsindən sonra artıq Ermənistanın suverenliyini itirmək riskini görür. Paşinyan onları “sülh prosesinə ciddi zərbə” adlandırıb.

Nəticədə paradoksal vəziyyət yaranır. Tərəflər daim sülhdən və ən qısa zamanda müqavilələrin imzalanmasının vacibliyindən danışırlar. Amma real problemlərlə üzləşəndə uyğunsuzluqlar yaranır ki, bu da sonradan ya vaxtın gecikdirilməsi, ya şantaj, ya da sülh prosesinin sabotajı kimi şərh olunur”, – Markedonov qeyd edib.

İlham Əliyev və Numan Kurtulmuş arasında müzakirə olunan məsələlər

İlham Əliyev və Numan Kurtulmuş arasında müzakirə olunan məsələlər

Siyasət
24 iyun 2026 502 baxış
BMTM-in təşkilatçılığı ilə konfrans keçirildi

BMTM-in təşkilatçılığı ilə konfrans keçirildi

Siyasət
24 iyun 2026 502 baxış
Prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
24 iyun 2026 502 baxış
Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV

Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV

Siyasət
24 iyun 2026 502 baxış
Bakı-İrəvan münasibətlərində yeni səhifə? | Regional kommunikasiyaların bərpası - Baku TV

Bakı-İrəvan münasibətlərində yeni səhifə? | Regional kommunikasiyaların bərpası - Baku TV

Siyasət
24 iyun 2026 502 baxış
Azərbaycan və Türkmənistan prezidentlərinin Qarabağ səfəri | BMT-dən vacib təşəbbüs - YENİ BİR SƏHƏR

Azərbaycan və Türkmənistan prezidentlərinin Qarabağ səfəri | BMT-dən vacib təşəbbüs - YENİ BİR SƏHƏR

Siyasət
24 iyun 2026 502 baxış
Azərbaycan və Türkmənistan liderləri Qarabağda birlik nümayiş etdirdilər - Baku TV

Azərbaycan və Türkmənistan liderləri Qarabağda birlik nümayiş etdirdilər - Baku TV

Siyasət
24 iyun 2026 502 baxış
Rusiyadan Ermənistana növbəti buğda tədarükü Azərbaycan üzərindən davam edir - Baku TV

Rusiyadan Ermənistana növbəti buğda tədarükü Azərbaycan üzərindən davam edir - Baku TV

Siyasət
24 iyun 2026 502 baxış
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib | "Haber Global"dan süjet - Baku TV

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib | "Haber Global"dan süjet - Baku TV

Siyasət
23 iyun 2026 502 baxış
Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr yollanıldı? - Baku TV

Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr yollanıldı? - Baku TV

Siyasət
23 iyun 2026 502 baxış
Seçilmişlər
icon