Rusiyalı ekspertdən sülh açıqlaması | Mixaylovdan vacib şərh
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi ilə bağlı razılıq, birgə bəyanat və hərbçilərin mübadiləsi çox mühüm hadisədir. \
Nəzərə almaq lazımdır ki, proses vasitəçi tərəfin iştirakı olmadan, iki ölkə rəhbərlərinin razılığı ilə baş verdi. Əksər yerli və xarici ekspertlər ümid edirlər ki, bu hadisələr sülhün əldə edilməsi üçün danışıqlar prosesinə müsbət təsir göstərəcək.
Rusiyalı hərbi ekspert Yevgeni Mixaylov isə Azərbaycanla Ermənistan arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğu tarixi zamanda iki ölkə arasında baş vərənləri belə şərh edib:
“Biz Azərbaycan və Ermənistan arasında hərbçilərin mübadiləsini alqışlayırıq. Təbii ki, fərq gözə çarpan dərəcədədir, iki azərbaycanlı hərbçinin müqabilində 32 erməni hərbçi. Bu, Azərbaycan Ordusunun hərbi hazırlıq səviyyəsindən xəbər verir.
Ümumilikdə isə bu addımlar dövlətləri sülhə yaxınlaşdırır. Amma unutmaq lazım deyil ki, bundan öncə də Ermənistan tərəfindən nə qədər bəyanatlar olsa da, heç vaxt heç bir razılaşmaya əməl etməyiblər.
Müşahidə etdikdə görürük ki, Ermənistan müntəzəm olaraq sülh müqaviləsi imzalamaq arzusundan danışır. Lakin eyni zamanda erməni mənbələrində Qərb tərəfdaşlarının Azərbaycana təzyiq etmək niyyəti ilə yayımlanan xəbərlər də gözə çarpır.
Ümid edirəm ki, Bakı vəziyyəti düzgün qiymətləndirəcək. Ertmənistanı oyuncağına çevirən Avropa İttifaqının ikili danışıqlardan sonra rəsmi Bakıya qarşı hansı planlar qurduğunu bilmirik. Tərəflər sülh müqaviləsi imzalamaq istəklərini bəyan edirlər, amma sülh müqaviləsinin imzalanması bu il baş tutmayacaq, gələn il imzalanacaq”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 14-ü dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə çıxışı zamanı bildirib ki, yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması realdır. Onun sözlərinə görə, rəsmi İrəvan regionda kommunikasiyaların açılması üçün effektiv və konkret addımlar atmağa hazırdır.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
