Pleyeri seçin:

Rusiyanın sözləri və əməlləri üst-üstə düşmədi | Cənubi Qafqazda gərginlik artır

12 fevral 2025 430 baxış

Moskva Qərbin Cənubi Qafqazdakı xəttini tamamilə destruktiv hesab edir.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Rusiya XİN başçısının müavini bu qənaətdədir ki, Qərbin Cənubi Qafqaz siyasəti regionda vəziyyətin sabitləşməsinə deyil, Moskva üçün əlavə təhdidlərin yaranmasına yönəlib.

Onun fikrincə, Qərb dairələri bu regiondan Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün istifadə etməyə çalışır və bəzi hallarda hətta ayrı-ayrı ölkələri ona qarşı ikinci cəbhə açmağa inandırmağa cəhd göstərir.

Qaluzin bu açıqlaması ilə hansı ölkəni nəzərdə tutduğunu deməyib. Rusiyalı diplomatın dediyində həqiqət var. Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətində olub.

Bunu “Gürcü Arzusu” Partiyasının lideri Bidzina İvanişvili də öz açıqlamasında təsdiqləyib.

Gürcü hökuməti bu məsələyə razı olmadıqdan sonra Qərb eyni ssenarini Ermənistanda təkrarlayır. Nikol Paşinyan uzun müddətdir ki, Qərbə doğru həm inteqrasiya siyasəti aparır, həm də Qərbin hərbi kontingentini regiona gətirərək qarışıqlıq yaratmaq istəyir.

Avropa İttifaqının müşahidə missiyasının regiondakı təxribatçı fəaliyyəti, 2024-cü il Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, ABŞ-nin Dövlət katibi Entoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş, eyni zamanda Ermənistanla ABŞ arasında imzalanan “strateji tərəfdaşlıq” haqqında müqavilə Cənubi Qafqazda gərginliyin artmasına yönəlib. Ancaq Moskva İrəvanın bu hərəkətləri qarşısında sakit qalır, üstəlik, Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi hər ötən il sürətli şəkildə artır.

Cənubi Qafqazda sülhün əsas dəstəkçisi məhz Azərbaycandır. Ancaq Moskva Bakı ilə münasibətlərdə məntiqsiz hərəkət edir. Bir müddət əvvəl Türkiyə və Rusiya arasında “təyyarə böhranı” yaşanarkən türk hökuməti bütün lazımi addımları ataraq prosesin uzanmasına imkan vermədi. Ancaq bu gün Moskva Bakıya qarşı eynisini etmək istəmir. Əksinə, Azərbaycana qarşı hücum kampaniyası həyata keçirir.

Qaluzinin verdiyi açıqlama onu göstərir ki, Rusiyanın sözləri ilə əməli arasında uyğunluq yoxdur. Əgər Moskva Cənubi Qafqazda daimi sülh istəsəydi, Azərbaycanla münasibətlərin bu cür gərginləşməsinə yol verməzdi.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 430 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 430 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 430 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 430 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 430 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 430 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 430 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 430 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 430 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 430 baxış
Seçilmişlər
icon