Sahibə Qafarova erməni həmkarı Alen Simonyanı necə susdurdu?
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin sədri Sahibə Qafarova aprelin 14-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasının yekunlarına həsr olunmuş brifinqdə Ermənistan parlamenti sədrinin ölkəmiz haqqında yalan və əsassız iddialarını ifşa edib.
Spiker bildirib ki, ərazilərimizin 30 illik işğalı zamanı meşələrimizi və qoruqlarımızı məhv edən, təbii sərvətlərimizi qanunsuz istismar edən, torpaq və çayları çirkləndirən bir ölkənin nümayəndəsi kimi Ermənistan parlamenti sədrinin Azərbaycanın suveren ərazilərində hər hansı "ekoloji narahatlıqlar" barədə danışmağa mənəvi haqqı yoxdur.
Həmçinin deyib ki, Azərbaycanın erməni vətəndaşlarına qarşı absurd terror iddiaları 30 illik işğal dövründə etnik təmizləmə və kütləvi qətllər törətmiş, 1 milyona yaxın azərbaycanlını öz doğma yurdlarından zorla qovaraq bütün tarixi və dini abidələrini vəhşicəsinə məhv edən bir ölkənin nümayəndəsi tərəfindən irəli sürülür.
Sahibə Qafarova onu da vurğulayıb ki, Azərbaycanın Ermənistanın suveren ərazisini işğal etməsi ilə bağlı iddialar tamamilə əsassızdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini 30 il işğal altında saxlamış, Qazaxın 7, Naxçıvanın isə Kərki kəndini hələ də işğal altında saxlayan ölkə olaraq Ermənistan danışıqlar masasına qayıtmalı və sülh müqaviləsi, eləcə də sərhədlərin delimitasiyası üzərində işi davam etdirməlidir.
#Milli Məclis teqi istifadə olunub
- Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV
- Ali təhsildə yeni dövr: Üçillik bakalavr modelinə keçid hansı hallarda mümkündür? - Baku TV
- Bank kreditlərinə alternativ üsul | Bu qanun Azərbaycanda hansı imkanları yarada bilər? - Baku TV
- Parlamentdə müzakirə: Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV
- Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV CANLI
