Sahibə Qafarovadan vacib çıxış: antiterror tədbirləri barədə məlumat verildi
Yeniliklərdən dərhal xəbərdar olun
“Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələri bir sıra irimiqyaslı hərbi təxribatlara və terror aktlarına əl atdı. Bu təxribatlara cavab olaraq, ölkəmiz regionda lokal antiterror tədbirlərinə başladı”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu tədbirlərin məqsədi Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Azərbaycan ərazilərindən tərk-silah edilərək çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası olub.
Milli Məclisin sədri bildirib ki, ötən gün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin müraciətinə baxılaraq qeyd olunan şərtlər əsasında lokal antiterror əməliyyatlarının dayandırılması barədə razılıq əldə olunub.
Spiker Sahibə Qafarova erməni sakinlərin nümayəndələri ilə bu gün yenidən başlayan dialoqun onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcəyinə, öz növbəsində Ermənistanın da normallaşma prosesi çərçivəsində məsuliyyətli davranacağına və regionumuzda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına ümidvar olduğunu bildirib.
#Milli Məclis teqi istifadə olunub
- Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV
- Ali təhsildə yeni dövr: Üçillik bakalavr modelinə keçid hansı hallarda mümkündür? - Baku TV
- Bank kreditlərinə alternativ üsul | Bu qanun Azərbaycanda hansı imkanları yarada bilər? - Baku TV
- Parlamentdə müzakirə: Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV
- Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV CANLI
