Pleyeri seçin:

Sarkisyan ilk dəfə açıqladı | Müharibədən əvvəl Paşinyanla nə danışdı?

05 aprel 2024 300 baxış

“Ermənistanın hazırkı rəhbəri Nikol Paşinyan yalançıdır, mənə böhtan atır”. Bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyib.

S.Sarkisyan 2018-ci ildə baş nazir seçildiyi zaman Nikol Paşinyana dəfələrlə müharibə ehtimalı ilə bağlı xəbərdarlıq etdiyini bildirib:

“Paşinyan deyir ki, guya mən ona sadəcə məişət məsələləri ilə bağlı məktublar göndərmişəm. Lakin aparat rəhbərim haqlı olaraq dərhal bu iddianı təkzib etdi. Çünki belə bir şey olmayıb. İlk dəfə 2018-ci il aprelin 17-də baş nazir seçildiyim zaman Paşinyana dedim ki, Azərbaycanla danışıqlar dayanıb. Xalqa da bu barədə xəbərdarlıq etdik.

Onunla ikinci görüşümüzdə 2008-ci il martın 1-də İrəvanda baş verən qanlı iğtişaşlardan dərs çıxarmasını dedim, lakin məni dinləmədi. Bildirdim ki, Ermənistanın daxili siyasi vəziyyəti çox gərgindir, belə olan halda müharibədə uğur qazana bilməyəcəyik. O isə bu məsələni sonradan Ermənistan xalqını təhdid edirmişəm kimi qələmə verdi”.

S.Sarkisyan Paşinyan hakimiyyətə gələn zaman onun “Ermənistanın fəlakəti” olacağını dediyini xatırladıb:

“Mayın 1-də komanda yoldaşlarım onun baş nazir səlahiyyətlərini icra edə bilməyəcəyini, ölkəni idarə etməyi bacarmayacağını, ali baş komandanlığa da uyğun olmadığını dedilər. Bunun Ermənistan üçün dağıdıcı nəticələrə səbəb olacağına dair xəbərdarlıq etmişdik. Hələ 2020-ci ilin martında Nikol Paşinyan mənim xalqı müharibə ilə təhdid etdiyimə dair açıqlama vermişdi. Deməli, mən həqiqətən də bu barədə xəbərdarlıq etmişdim. Əgər etməmişəmsə, o zaman Paşinyan bu açıqlamanı niyə verib?

4 il əvvəl yaz aylarında şəxsən mətbuat konfransı keçirərək hərbi əməliyyatların yaxınlaşdığını demişdi. Sadəcə bir məsələ doğrudur. Həqiqətən də həm mənimlə, həm də Paşinyanla danışıqlar aparan bir şəxs vardı. 2019-cu ildə Paşinyan və komandası ona deyirdilər ki, hər şey qaydasındadır, arxanızdayıq, vəziyyət yoluna düşəcək. Amma sonra nə oldu? Baş nazir o insanları arxadan vurdu”.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 300 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 300 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 300 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 300 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 300 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 300 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 300 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 300 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 300 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 300 baxış
Seçilmişlər
icon