Saymon Stil iqlim maliyyəsində irəliləyişə çağırıb | Planlar kağız üzərində söz olaraq qala bilməz!
Yeniliklərdən dərhal xəbərdar olun
“Qlobal səviyyədə iqlim maliyyəsinin səmərəliliyi üçün COP29 danışıqlar prosesi çərçivəsində və ondan kənarda iqlim dəyişikliyi ilə mübarizə tədbirləri zəruridir”.
Bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still bildirib.
O vurğulayıb ki, qlobal iqlim maliyyələşməsinin gücləndirilməsi bütün ölkələrin iqlim dəyişikliyinə qarşı daha cəsarətli tədbirlərin əhəmiyyətli üstünlüklərindən faydalana biləcəyinə zəmanət verir.
“Planlar kağız üzərində söz olaraq qala bilməz. Parlamentlər ilk olaraq milli nümayəndə heyətlərini mümkün qədər iddialı olmağa təşviq etməlidir. İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi dünya ölkələri, xüsusən də iqlim dəyişiklikləri ilə ən çox mübarizə aparan ölkələr üçün əsas imkan yaradan qüvvə olacaq.
Resurslar olmadan xalqın səsi özünü göstərə bilməz. Biz artıq iqlim dəyişikliyindən əziyyət çəkən səkkiz milyard insanın səsinin boğulmasına imkan verə bilmərik”, – deyə Saymon Still qeyd edib.
