Səbinə Əliyeva Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı soyqırımından sağ çıxmağı bacaran bir qrup sakinlə birlikdə qətliamın törədildiyi əraziyə gedib.
Bu, ombudsmanın Xocalı işğaldan azad olunandan sonra həmin əraziyə ilk başçəkməsidir.
O, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının azərbaycanlıların başına gətirdikləri müsibətlərlə bağlı zərərçəkənlərin yaşadıqlarını dinləyib. Eyni zamanda soyqırımla bağlı yeni faktlar lentə alınıb.
S.Əliyeva qətliamın törədildiyi yerdən dünya ictimaiyyətinə müraciət edib. Ombudsman xocalıların başına gətirilən müsibətləri elə həmin ərazilərdə əyani şəkildə ictimaiyyətə çatdırıb. O, beynəlxalq təşkilatları Xocalı soyqırımı günahkarlarının məsuliyyətə cəlb edilməsinə dəstək göstərməyə çağırıb.
#Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) teqi istifadə olunub
- Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV
- Ombudsmanların Beynəlxalq Bakı Sammiti süni intellekt dövrünün çağırışlarını gündəmə gətirdi
- "Qorxma, şəkil göndər..." - Uşaqları internetdə gözləyən təhlükə | Ombudsmandan videoçarx - Baku TV
- Özəl reabilitasiya mərkəzləri ilə bağlı inanılmaz faktlar
- Suriyadan Azərbaycana qaytarılan qadın və 6 uşağın vəziyyəti barədə açıqlama
