Pleyeri seçin:

Səfirlərin Qarabağa səfərinin önəmi | Almaniya Fransaya şans vermədi

30 may 2024 886 baxış

“Avropa Birliyinin əsas qurulma məqsədlərindən biri də Fransa və Almaniya arasında mümkün müharibə ehtimalını sıfıra endirmək olub. Lakin hər nə qədər təşkilatın aparıcı üzvü olsalar da, Berlin və Paris arasında rəqabət həmişə davam edib. Həmin rəqabəti hazırda dünyanın bir çox yerində, eyni zamanda Azərbaycanla bağlı məsələlərdə aydın müşahidə etmək mümkündür”.

Bu sözləri Axar.az-a Fransanın Azərbaycandakı səfiri Ann Buayonun Laçına səfərindən qısa müddət sonra Almaniya səfiri Ralf Horlemannın Şuşaya getməsi barədə danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.

S.Akyar E.Makronun səhv siyasəti ucbatından Cənubi Qafqazda Fransanın maraqlarına ciddi zərbə vurduğunu bildirib:

“Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanaraq qlobal səviyyədə bölgənin ən güclü oyun dəyişdirici ölkəsi olduğunu hər kəsə sübut etdi. Döyüş meydanında qazanılan qalibiyyət bir-birinin arxasınca diplomatik zəfərləri də gətirdi. İndi Azərbaycan beynəlxalq aləmdə daha güclü mövqeyə sahibdir.

Sözügedən səfərlərə gəldikdə isə bunu deyə bilərəm ki, xarici ölkə səfirlərinin hansısa təbii fəlakətlərdən, işğaldan azad edilmədən sonra mövcud vəziyyəti yerində təhlil etmək üçün belə addımlar atması diplomatik təcrübədə geniş yayılıb. Ancaq Fransa və Almaniya səfirlərinin bir-birinin arxasınca bunu etməsinin məqsədi yalnız vəziyyətlə tanış olmaq deyil.

Ann Buayon Laçına getməklə Fransanın əlaqələri nisbətən mülayimləşdirmək niyyətini göstərdi, Ralf Horlemann isə Şuşaya səfər edərək ölkəsinin həmişə Fransadan bir addım öndə olduğunu nümayiş etdirdi. Bu, demək olar ki, həmişə belə olub. Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda Almaniya daha neytral davranıb, Fransa isə keçmiş Minsk qrupu dövründə və müharibədən sonra İrəvanı dəstəkləyən kəskin birtərəfli addımları ilə ona olan etibarı itirib.

Digər tərəfdən Almaniyanın Türkiyə və Rusiya ilə münasibətlərini də nəzərə alsaq, rəsmi Berlinin danışıqlar prosesində moderatorluq missiyasını üzərinə götürməsi səbəbləri bizim üçün daha aydın olar. Yaxın gələcəkdə biz Bakı-Berlin münasibətlərinin bir qədər də yaxınlaşmasının şahidi ola bilərik. Ukrayna müharibəsinə görə Almaniya enerji təminatında ən çox çətinlik çəkən ölkələrdəndir.

Fikrimcə, Almaniyanın Azərbaycanla münasibətlərə müsbət mənada daha çox diqqət ayırması onun enerji bazarında da Fransanı üstələməsinə gətirib çıxaracaq. Yəqin ki, rəsmi Paris bunu görür və prosesdən nisbətən az zərərlə çıxmağın yollarını axtarır. Ancaq anlamalıdırlar ki, yeganə yol Azərbaycan dövlətinin gücünü, yaratdığı geosiyasi reallığı qəbul etməkdən keçir”.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 886 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 886 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 886 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 886 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 886 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 886 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 886 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 886 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 886 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 886 baxış
Seçilmişlər
icon