Pleyeri seçin:

Sergey Lavrov Qarabağdakı vəziyyətdən danışdı

03 oktyabr 2023 82 baxış

“Moskva Azərbaycanın Qarabağ bölgəsində vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Valday beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində jurnalistlərə deyib.

“Biz azərbaycanlı həmkarlarımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, normal həyatın bərpası, ermənilərlə azərbaycanlıların birgə yaşayışı üçün şərait yaratmaq üçün çalışırıq. Ümid edirəm ki, İrəvan da bunda maraqlı olmalıdır, bunun üçün səy göstərəcəklər”, – deyə Rusiya xarici işlər naziri bildirib.

Sergey Lavrov həmçinin 2020-ci il 44 günlük müharibəyə də toxunub. Onun sözlərinə görə, 2020-ci ilin noyabrında müharibənin dayandırılması ilə bağlı razılaşmanın imzalanması vaxtı guya Vladimir Putinin Nikol Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməsi ilə bağlı söhbətlər yalandır.

“Bu müqavilədə deyilir ki, Qarabağ sülhməramlı kontingentin məsuliyyət zonasıdır və orada Qarabağın yekun statusu ilə bağlı dialoqun davam etdiriləcəyinə dair ümumi anlaşma olub.

Daha sonra Paşinyan Praqada keçirilən növbəti Avropa sammitində Ermənistan və Azərbaycanın 1991-ci il sərhədləri daxilində bir-birinin ərazi bütövlüyünü tanıyacağına dair sənəd imzaladı və bununla da məsələ bağlandı.

Həmin sənəddə Ermənistanın Qarabağda yaşayan ermənilərin taleyindən narahat olması qeyd olunmamışdı. Amma bizim sülhməramlılarımız bu vəziyyətdə əllərindən gələni edirlər”, – deyə S.Lavrov bildirib.

Banner
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 82 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 82 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 82 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 82 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 82 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 82 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 82 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 82 baxış
Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan

Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan

Siyasət
27 oktyabr 2026 82 baxış
Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV

Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV

Siyasət
27 oktyabr 2026 82 baxış
Seçilmişlər
icon