Pleyeri seçin:

Sergey Lavrovdan sülh ilə bağlı mühüm açıqlama

18 yanvar 2024 80 baxış

"Üçtərəfli bəyanat Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanıb. Orada Fransa Prezidenti Emmanuel Makronun imzası yoxdur".

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 18-i keçirdiyi illik mətbuat konfransında deyib.

Bildirib ki, avropalılar və amerikalılar yalnız 3 tərəfli razılaşmalardan irəli gələn məsələlər həyata keçirilməyə başlandıqdan sonra bu prosesi aktiv şəkildə izləməyə, söhbətlərə qatılmağa başladılar:

“2022-ci ilin oktyabrında Praqada E.Makronun iştirakı ilə Rusiya və Ukraynanın dəvət olunmadığı sammitdə Ermənistan və Azərbaycan 1991-ci ilin Almatı Bəyannaməsinə istinad olunan sənədi imzaladı. Həmin bəyannaməyə istinad olunan sənədin imzalanması o anlama gəlir ki, Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyıb.

Biz belə bir elanın hazırlandığını bilmirdik, bu fikirlər səsləndirildikdən sonra belə bir qərara gəldik ki, Qarabağın statusu sualı şəxsən Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən bağlandı. O, Qarabağın Azərbaycanın ərazisi olduğunu bəyan etdi”.

Sergey Lavrov Ermənistan və Azərbaycan arasında imzalanması gözlənilən sülh müqaviləsindən də danışıb. Əlavə edib ki, rəsmi Bakı barış sazişini Rusiya ərazisində imzalamağa hazırdır:

"Qərbdən olan həmkarların sülh sazişinin yalnız onların ərazisində imzalanmasını istədikləri faktdır. Azərbaycanın sülh sazişini, əslində, münaqişənin bitməsi və bütün məsələlərin tənzimlənməsi üzrə qarşılıqlı əlaqələr sisteminin qurulması üzrə səylərin başladığı Rusiya ərazisində imzalamağa hazır olması da faktdır. İrəvanın buna nə qədər hazır olması mənə məlum deyil. Baxmayaraq ki, müvafiq siqnallar Ermənistan paytaxtında çoxdan yığılıb qalıb".

Rusiyalı nazir sonda əlavə edib ki, Qərbin tövsiyələri Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlməyib. Qərb yalnız öz maraqlarından çıxış edir, onlar öz geosiyasi məqsədlərini irəli sürürlər.

Banner
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 80 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 80 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 80 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 80 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 80 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 80 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 80 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 80 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 80 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 80 baxış
Seçilmişlər
icon