Sərhəddə görüşdən sonra kritik iclas | Gizlədilən məsələ nədir?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan, Nazirlər Şurasının katibi Armen Qriqoryanın və xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə Milli Assambleyada hakim “Mülki Müqavilə” fraksiyası ilə keçirilən qapalı iclasda sərhədin demarkasiyası məsələləri müzakirə olunub.
Ötən gün Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti arasında Ermənistan-Azərbaycan sərhədində görüş baş tutub.
"24news" saytı mənbəsinin sözlərinə görə, Azərbaycan tərəfi görüşdə anklavların geri qaytarılması ilə bağlı imperativ tələb irəli sürüb.
“Bizə çatan məlumata görə, bu məsələ “Mülki Müqavilə” fraksiyasının üzvləri ilə qapalı görüşdə müzakirə olunub”, – mənbə bildirib.
İclasdan sonra həm hakim fraksiya deputatları, həm də hökumət üzvləri iclasda hansı məsələlərin müzakirə edildiyini və hansı qərarların verildiyini açıqlamaqdan imtina ediblər.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
