Sərhəddən dəhşətə gətirən görüntülər | Sırf azərbaycanlı olduğuna görə...
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan-İran sərhədində Güney azərbaycanlı uşaq erməni sürücü tərəfindən vurulub.
Bu barədə “Azad İran” “Telegram” kanalında görüntülər yayılıb.
Bildirilib ki, yük avtomobilinin altında qalan güneyli uşaq ayaqlarından xəsarət alıb.
Məlumat üçün bildirək ki, iyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib.
Bu barədə məlumat “Telegram” kanallarında yayılıb. İnsident milli zəmində baş verib.
Belə ki, İran-Ermənistan sərhədinin "Nurduz" sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız erməniəsilli sürücülərin keçidinə icazə veriblər. Bu isə ərazidə növbə gözləyən azərbaycanlı sürücülərin narazılığı ilə nəticələnib. Mübahisə əlbəyaxa davaya çevrilib ki, bu zaman erməni sərhədçilər Amid Quluzadəyə ağır bədən xəsarətləri yetiriblər.
Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə bir neçə saatdan sonra gəliblər. Bu səbəbdən azərbaycanlı sürücü dünyasını dəyişib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
