Sərhədlərin delimitasiyası müzakirə olundu
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 12-də Baş nazirin müavini Şahin Mustafayev ermənistanlı həmkarı Mher Qriqoryanla görüşüb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, onlar iki ölkənin sərhəd bölgəsində bir araya gəliblər.
Nazir müavinlərinin sədrliyi ilə müvafiq olaraq Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü iclası keçirilib. Tərəflər Azərbaycan və Ermənistan liderləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq delimitasiya məsələlərinin müzakirəsini davam etdiriblər. Həmçinin bir sıra təşkilati və prosedur məsələlər nəzərdən keçirilib.
Şahin Mustafayev və Mher Qriqoryan komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə də razılığa gəliblər.
#Şahin Mustafayev teqi istifadə olunub
- Bakıdan Tehrana mühüm səfər | Tərəflər nəticə üçün vaxt itirmək istəmir - Baku TV
- İrəvan görüşü delimitasiya prosesini siyasi etimad mərhələsinə daşıyır - Baku TV
- Paşinyan hansı mesajları verdi? - Azərbaycan və Ermənistan arasında tarixi mərhələ - Baku TV
- Bakı və İrəvan sərhəd məsələsini müzakirə etdi - 24 SAAT
- Azərbaycan-Rusiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyur - Baku TV
