Pleyeri seçin:
Serj Sarqsyan Ermənistan ordusunu tənqid etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın sabiq prezidenti Serj Sarqsyan ordunu tənqid edib. O, Ermənistan ordusunu “dərəyə yuvarlanan avtomobilə” bənzədib.
“Obrazlı dillə desək, avtomobili nəinki sürücülük vəsiqəsi olmayan, hətta maşın sürməyi də bacarmayan adamlar idarə edir. Belə olan halda avtomobil mütləq şəkildə dərəyə yuvarlanacaq və o artıq yuvarlanıb”, - deyə S.Sarqsyan yerli mətbuata açıqlamasında bildirib.
Eks-prezident hazırkı hakimiyyəti kəskin tənqid edib. O, hakimiyyətin müdafiə xərcləri ilə öyünməsinin gülünc olduğunu bildirib. Eyni zamanda S.Sarqsyan Nikol Paşinyanın komandasını yalan danışmaqda günahlandırıb.
“2018-ci ildən sonra Ermənistan heç bir hərbi-texniki dəstək almayıb”, - deyə o əlavə edib.
Kopyalandı
#Ermənistan ordusu teqi istifadə olunub
- Tərtər qəbiristanlığının Ermənistan ordusu tərəfindən atəşə tutulmasından 6 il ötür - Baku TV
- Paşinyan Ermənistan ordusundakı əsgər ölümləri barədə nə deyib?
- “Orduda qorxaq general və fərarilər var, indi isə çoxu...” | Paşinyan
- İlham Əliyevdən İkinci Qarabağ müharibəsi ilə bağlı açıqlama
- Ermənistanın hərbi qulluqçusunun ölüm səbəbi | Detallar açıqlandı
