Pleyeri seçin:

Şərq-Qərb magistralı 2030-cu ildə Azərbaycan sərhədlərinədək tamamlanacaq

09 fevral 2026 290 baxış

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin strateji mövqeyindən maksimum istifadə etmək üçün hökumətin ardıcıl addımlar atdığını bildirib.

Bu barədə siyasətçi mediaya müsahibəsində danışıb.

Baş nazir qeyd edib ki, əsas prioritetlərdən biri Gürcüstanın əlaqə və tranzit funksiyalarının gücləndirilməsidir: "Ölkəmizin strateji mövqeyindən istifadə etmək üçün əlimizdən gələni edirik. Vəzifələrimizdən biri bağlantı və tranzit funksiyalarını inkişaf etdirməkdir".

Onun sözlərinə görə, bu istiqamətdə genişmiqyaslı infrastruktur layihələrinə böyük investisiyalar yönəldilir.

Baş nazir bildirib ki, mövcud plana əsasən, 2030-cu ilin sonunadək əsas magistral yolun, demək olar ki, bütün hissələri Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinədək tamamlanacaq.

Kobaxidze qeyd edib ki, bu layihələr Gürcüstanın regional nəqliyyat və logistika mərkəzi kimi rolunu daha da gücləndirəcək, həmçinin ölkənin iqtisadi inkişafına və beynəlxalq ticarət imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

"Şərq-Qərb magistralı və ya Avropa Tranzit Yolu Gürcüstanın Azərbaycanla sərhədindən başlayır və Qara dəniz sahilində, Poti limanı yaxınlığında bitir. Gürcüstan ərazisində dəhlizin uzunluğu 392 kilometrdir. Qırmızı Körpüdən Türkiyə ilə sərhədə qədər olan yolun bütün hissələrinin tikintisi başa çatdıqdan sonra isə bu məsafəni avtomobillə 8 saat əvəzinə 4-4,5 saata getmək mümkün olacaq", – deyə Baş nazir vurğulayıb.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 290 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 290 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 290 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 290 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 290 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 290 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 290 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 290 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 290 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 290 baxış
Seçilmişlər
icon